• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

Ərdoğanı devirmək istəyən şəxs MİT-in agenti olub? - VİDEO

  • Dünya
  • 6 Aprel 2017 19:29
  • 697 Baxış
Ərdoğanı devirmək istəyən şəxs MİT-in agenti olub?

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhdin əsas təşkilatçısı hesab edilən Adil Öksüzlə əlaqəsini təkzib edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda MİT-in bəyanatında deyilir.

“Adil Öksüz FETÖ terror təşkilatında bizim agentimiz deyildi və MİT-ə işləmirdi. O, niyə azadlığa çıxdı? Müvafiq strukturlar bu məsələnin araşdırılması ilə məşğul olur”, - bəyanatda bildirilir.

Daha əvvəl Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib ki, çevriliş cəhdinə hakimiyyət tərəfindən nəzarət edilirdi və onun koordinatoru olan Adil Öksüz MİT agenti idi. Kılıçdaroğlu əlavə edib ki, iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 150 deputatı FETÖ üzvlərinin şifrələnmiş mesajlar üçün istifadə etdiyi “ByLock” proqramından istifadə edirdilər.

Adil Öksüz istintaqın versiyasına görə, FETÖ-nün Türkiyə Hərbi Hava Qüvvələrindəki “imam”ı idi. O, çevriliş cəhdindən dərhal sonra saxlanılıb. Sonradan azad edilən Adil Öksüz hazırda axtarışdadır.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR