“Əsədə bu səlahiyyəti Rusiya verib” - ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Əsədə bu səlahiyyəti Rusiya verib” - ŞOK İDDİA

"Əsəd heç vaxt Moskvanın sanksiyası olmadan kimyəvi silahdan istifadə edə bilməzdi".

“Suriyada kimyəvi silahın tətbiqi səlahiyyəti Moskvadan verilib. Beləliklə, Rusiya prezidenti ABŞ prezidentini birbaşa dialoqa təhrik edir”.

Publika.az xəbər verir ki, bunu “Ukrayna NATO-da” Ümumukrayna ictimai təşkilatının sədri Yuri Romanyuk “Obozrevatel” nəşrinə deyib.

“Mən iddia edirəm ki, Suriyada kimyəvi silahı Bəşər Əsəd rejimi tətbiq etməyib. Hansısa bir kəndə kimyəvi silah bombasını atmaq Əsədə və onun rejiminə nə strateji, nə taktiki, nə hərbi, nə də siyasi nöqteyi-nəzərdən heç bir divident gətirmir. Əslində, kimyəvi silahı Rusiya tətbiq edib. Bu, rəsmən Suriya Hərbi-Dəniz Qüvvələrinin təyyarəsinin köməyi ilə edilmişdir. Amma bu əhəmiyyətli deyil. Əsəd heç vaxt Moskvanın sanksiyası olmadan kimyəvi silahdan istifadə edə bilməzdi. Heç vaxt”, - o bildirib.

Onun sözlərinə görə, məqsəd Vaşinqtonu Moskva ilə dialoqa təhrik etməkdir: “Putin görür ki, ABŞ-da yeni administrasiyanın işə başlamasının üçüncü ayıdır, amma Vaşinqtonla heç bir məsələ həll edilməyib. Əksinə, Vaşinqton Putini sıxır. Rusiya Trampı məcbur etmək istəyir ki, o, Putinin əhəmiyyətini qəbul etsin, onunla birbaşa ünsiyyət saxlasın, ona zəng etsin və onunla məsləhətləşsin, Suriya böhranını necə həll etmək barədə birlikdə qərar versinlər”.

Xatırladaq ki, aprelin 4-də Suriyanın hökumət qoşunları İdlib vilayətində müxalifətin nəzarətində olan bölgədə kimyəvi silahdan istifadə edib. Nəticədə, 100-dən çox insan ölüb, 500-dən çoxu zəhərlənib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm