Dünya
Ərdoğan: “Türkiyə ABŞ-ın Suriyada hərbi əməliyyatını dəstəkləməyə hazırdır”
Ankara ABŞ-ın Suriyada mümkün hərbi əməliyyatını dəstəkləməyə hazırdır.
APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Kanal 7” telekanalının efirində deyib.
Qeyd edək ki, CNN telekanalının məlumatına əsasən, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriyaya qarşı hərbi tədbirlərin görülməsini nəzərdən keçirdiyini bildirib.
“Bu bəyanat gərək söz olaraq qalmasın. Əgər hərəkətə keçiləcəksə, biz də üzərimizə düşən borcu yerinə yetirəcəyik. Biz heç kəsdən çəkinmirik. Koalisiya qüvvələri ilə oturub bölgədəki virusu aşkarlamaq istəyirik. Ondan sonra bərabər hərəkət edərik", - deyə Ərdoğan qeyd edib.
Ərdoğan İdlibdə kimyəvi silahdan istifadə edilməsi məsələsini Rusiya prezidenti ilə müzakirə etdiyini, lakin qarşı tərəfdən konkret cavab almadığını bildirib: "Hörmətli Putin iki gündür bu işin arxasında Əsədin olduğunu anlamır və bu, çox üzücüdür".
ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası
(SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində
80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib.
SMİQMK kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham
edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək,
terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə
etməkdə günahlandırıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Suriya aviasiyasının
İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyi bildirilib.
Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib
əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında
terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin
anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları
saxlanılıb.
Suriya XİN rəhbəri Valid Müəllem silahlı qüvvələrin heç vaxt dinc sakin və terrorçulara qarşı kimyəvi silahdan istifadə etməyib və istifadə etmək niyyətində deyil.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var