SON DƏQİQƏ: ABŞ Suriyanı raket atəşinə tutdu
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: ABŞ Suriyanı raket atəşinə tutdu

ABŞ onlarla qanadlı raket atıb.

ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, Aralıq dənizində yerini alan ABŞ-ın iki hərbi gəmisindən azı 50 "Tomaqavk" raketi atılıb. Yeganə hədəf Homs bölgəsindəki Şayrat aerodromu olub.

Ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. Böyük ehtimalla hədəf insanlar yox, infrastrukturu dağıtmaq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm