Klintondan ÇAĞIRIŞ: "Sıradan çıxarın!"
Bizi izləyin

Dünya

Klintondan ÇAĞIRIŞ: "Sıradan çıxarın!"

"Biz onun aerodromlarını gərək sıradan çıxardardıq".

ABŞ-ın Prezident Administrasiyası Suriyada kimyəvi silahın güman edilən tətbiqinə görə ibrət dərsi vermək üçün Dəməşqin döyüş aviasiyasını sıradan çıxartmalıdır.

"Report" xəbər verir ki, bu fikri "Qadınlar dünyada" adlı forumda Birləşmiş Ştatların keçmiş dövlət katibi Hillari Klinton səsləndirib.

"Prezident Bəşər Əsədin dinc əhali arasında əksər ölümlərin səbəbi olan Hərbi-Hava Qüvvələri var. Biz bunu uzun illər görmüşük və son günlər bir daha əmin olduq", - deyə ABŞ-ın keçmiş birinci xanımı bildirib.

"Mən əvvəl də, indi də əminəm ki, biz onun (Suriya prezidentinin) aerodromlarını gərək sıradan çıxardardıq və bu şəkildə onun yenidən günahsız insanları bombalamasına, havadan onların üzərinə zarin qazı səpələməsinə mane olmuş olardıq", - deyə Klinton əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm