ABŞ Rusiyanı əvvəlcədən məlumatlandırıbmış
Bizi izləyin

Dünya

ABŞ Rusiyanı əvvəlcədən məlumatlandırıbmış

“Şayrat” aerodromuna 59 qanadlı raketin buraxıldığı bildirilir.

ABŞ Suriya aviabazasına zərbə endirməzdən əvvəl Rusiya hərbçilərini xəbərdar edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb.

Pentaqon nümayəndəsi rusiyalı hərbçilərlə qurulan təmasa dair təfərrüatları açıqlamaqdan boyun qaçırıb.

Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən “Şayrat” aerodromuna 59 qanadlı raketin buraxıldığı bildirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm