• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

Netanyahudan Trampa ŞOK MÜRACİƏT: "İran və Şimali Koreya da bombalansın"

  • Dünya
  • 7 Aprel 2017 09:47
  • 1 912 Baxış
Netanyahudan Trampa ŞOK MÜRACİƏT: "İran və Şimali Koreya da bombalansın"

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Suriyanı raketlə vurmasına münasibət bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Benyamin Netanyahu yazılı açıqlamasında ABŞ prezidenti Donald Trampa tam dəstək verdiyini bəyan edib.

İsrailin baş naziri deyib ki, prezident Donald Tramp kimyəvi silahlardan istifadə olunması və onun yayılması ilə bağlı mübarizə aparacağı barədə çox açıq və sərt xəbərdarlıq edib:

“Biz ABŞ prezidentinin bu mövqeyini tam dəstəkləyirik. Həmçinin, biz bu qərarın təkcə Suriyada Bəşər Əsəd rejiminə qarşı deyil, həm də İrana və Şimali Koreyaya qarşı da həyata keçirilməsini istəyirik. Ümid edirəm ki, ABŞ prezidenti dünyanı təhdid edən İran və Şimali Koreyaya qarşı da eyni addımı atacaq”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR