Çinin liderinə ABŞ-da hansı yeməklər verildi?
Bizi izləyin

Dünya

Çinin liderinə ABŞ-da hansı yeməklər verildi?

Çin lideri Sİ Çizinpinin ABŞ-a rəsmi səfəri aprel ayının 7-nə kimi davam edəcəyi gözlənilir.

Trampın Çin hökümətinin lideri Si Çizinpinin şərəfinə təşkil etdiyi şam yeməyinin menyusu tərtib olunub. Yeməklərin siyahısı mediaya aprel ayının 6-da açıqlanıb.

Publika.az xəbər verir ki, mərasimdə 32 nəfər qonaq iştirak edib. Qonaqlara əsas yemək olaraq Nyu-York üsulu steyk təklif olunub. Bundan başqa "Sezar" salatı, qarnir üçün iki variantda kartof və pörtlədilmiş tərəvəzlər təqdim olunub. İçkilərdən ağ və qırmızı şərab, desert üçün isə şokoladlı və vanilli tort seçilib.

Mərasim yerli vaxtla saat 17:00-da başlayıb. Çinli həmkarı ilə süfrə arxasında nüvə proqramı və bir sıra siyasi məsələləri müzakirə edən Tramp jurnalistlərə geniş açıqlama verməyib:" Hələ ki ətraflı heç bir məlumat verə bilmərəm. Düşünürəm ki,hər şey yaxşı keçdi. Dostluq münasibətlərimiz uğurlu başladı. Gələcəkdə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminəm".

Çin lideri Sİ Çizinpinin ABŞ-a rəsmi səfəri aprel ayının 7-nə kimi davam edəcəyi gözlənilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm