ABŞ-ın zərbələri nəticəsində general və 5 komandir öldü - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

ABŞ-ın zərbələri nəticəsində general və 5 komandir öldü - VİDEO - (YENİLƏNDİ)

Bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib.

Suriya hərbi mənbələri general İsa Xəlil İbrahimin də aralarında olduğu yüksək vəzifəli 6 komandirin öldüyünü, 14 hərbi təyyarənin məhv edildiyini bildirib.

ABŞ-ın dövlət katibi Reks Tillerson hücumun mütənasib olduğunu, çünki son kimyəvi silah hücumunun edildiyi bazanın hədəf alındığını deyib. ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada isə deyilir ki, raketlərlə bazadakı təyyarələr, yanacaq və logistik yardım anbarları, gücləndirilmiş təyyarə sığınacaqları, sursat anbarları, hava hücumundan müdafiə sistemləri və radarlar vurulub.

İngiltərə, İsrail və Səudiyyə Ərəbistanı ABŞ-ın Suriya əməliyyatlarına tam dəstək verdiklərini açıqlayıb.

İran isə ABŞ-ın hücumunu pislədiklərini bildirib.

Suriyaya aviazərbələrin Çin lideri Sİ Çizinpinin ABŞ-a rəsmi səfəri ilə üst-üstə düşməsi diqqət çəkib. Pekin Rusiya ilə birlikdə Əsəd rejimini BMT Təhlükəsizlik Şurasında himayə edir.

10:05

“ABŞ-ın raket zərbələri nəticəsində ölən insanlar var”.

“Associated Press”xəbər verir ki, bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib. O, neçə nəfərin öldüyünü açıqlamayıb. T. Barazi qeyd edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi.

İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində, azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm