• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Putin Suriyanın bombalanmasına CAVAB VERDİ

  • Dünya
  • 7 Aprel 2017 10:32
  • 1 864 Baxış
Putin Suriyanın bombalanmasına CAVAB VERDİ

ABŞ-ın Suriyada hərbi obyektlərə hücumu suveren dövlətə qarşı təcavüzdür.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, bu sözləri ABŞ-ın Suriyaya raket zərbələrini şərh edən Rusiya prezidenti Vladimir Putin deyib.

“Prezident Putin Amerikanın Suriyaya, həm də uydurulmuş bəhanələrlə zərbələrini suveren dövlətə təcavüz və beynəlxalq hüquq normalarının pozulması hesab edir”, - Peskov bildirib.

O xatırladıb ki, Suriya ordusu kimyəvi silah ehtiyatlarına malik deyil və Suriya silahlı qüvvələrinin arsenalında olan kimyəvi silahın bütün ehtiyatlarının məhv edilməsi faktı BMT-nin ixtisaslaşdırılmış qurumu tərəfindən təsdiq edilib.

Putin həmçinin qeyd edib ki, ABŞ-ın Suriyada təyyarə bazasına zərbələri iki ölkənin münasibətlərinə zərər vurur.

“Putin həmçinin Suriyaya aviazərbələri dünya cəmiyyətinin diqqətini İraqda dinc əhalinin çoxsaylı qurbanlarından yayındırmaq cəhdi kimi görür”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 50 "Tomaqavk" raketi atılıb. Yeganə hədəf Homs bölgəsindəki Şayrat aerodromu olub.

İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində, azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR