Çexiyanın ayrılan pulu nəyə xərclədiyi Avropa İttifaqını ŞOKA SALDI - Fahişəxana tikiblər
Bizi izləyin

Dünya

Çexiyanın ayrılan pulu nəyə xərclədiyi Avropa İttifaqını ŞOKA SALDI - Fahişəxana tikiblər

Çexiya kiçik ölkə olsa da, 40 min avro elə də kiçik məbləğ deyil.

Çexiya kiçik ölkə olsa da, 40 min avro elə də kiçik məbləğ deyil.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Praqadan 140 kilometr şərqdə, Almaniya və Çexiya sərhədləri yaxınlığında Pomez kəndində yerləşən köhnə təsərrüfat binasının yenidənqurma işlərinə ayrılan pula fahişəxana tikilib.

Məmurlar yenidənqurma işləri üçün ayrılan 40 min avronun necə istifadə olunduğunu izləməyib. Hadisənin üstündən uzun müddət keçəndən sonra məlum olub ki, əvvəl qonaq evi kimi fəaliyyət göstərən köhnə təsərrüfat binası yüngül təmir işlərindən sonra fahişəxana kimi fəaliyyət göstərir.

Hadisə ilə bağlı Avropa komissiyası araşdırmalara başlayıb, binanın sahibindən ayrılan məbləğin geri qaytarılması tələb olunub.

"Çexiyada şəhərin yenidənqurma və abadlaşdırılması istiqamətində ayrılan vəsaitlər adi tələbnamə əsasında verilir. Bu prosesin təhlükəsizliyi baxımından uğurlu deyil. Dələduzluğun qarşısını almaq üçün sistemi gücləndirmək və ayrılan vəsaitlərə nəzarət etmək vacibdir."- Almaniyalı deputat Peter Yar belə deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm