Moskva ABŞ-la razılaşmaya xitam verdi
Bizi izləyin

Dünya

Moskva ABŞ-la razılaşmaya xitam verdi

"Rusiya heç vaxt qanuni Suriya hakimiyyətinə qarşı qeyri-qanuni hərəkətlərlə razılaşmayacaq".

Rusiya ABŞ-ın Suriya aviabazasına hücumundan sonra Suriyada insidentlərin qarşısının alınması və aviasiyanın uçuşlarının təhlükəsizliyin təmin olunması haqqında ABŞ-la imzalanmış memorandumun fəaliyyəti dayandırır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda həmçinin deyilir ki, Rusiya yaranmış vəziyyətin müzakirəsini üçün BMT Təhlükəsizlik Şurasını fövqəladə iclasını keçirməyə çağırır. Bildirilir ki, Rusiya heç vaxt qanuni Suriya hakimiyyətinə qarşı qeyri-qanuni hərəkətlərlə razılaşmayacaq.

Qeyd edək ki, ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Yeganə hədəf Homs bölgəsindəki Şayrat aerodromu olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm