• USD 1,7000 0,00% EUR 2,0083 +0,11%
    • GBP 2,2201 +0,07% RUB 0,0233 +0,86%

Putin ABŞ-a MEYDAN OXUDU: Toqquşma GÜCLƏNİR - YENİLƏNDİ

  • Dünya
  • 7 Aprel 2017 14:25
  • 5 668 Baxış
Putin ABŞ-a MEYDAN OXUDU: Toqquşma GÜCLƏNİR - YENİLƏNDİ

Suriyada rus təyyarələrinin İdlibin Xan-Şeyhun bölgəsinə yaxın olan Hiş yaşayış məntəqəsinə hücum etdiyi dəqiqləşib.

Bölgədə mülki müdafiə rəsmilərindən olan Muhammed Zikra “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, hava hücumunun Rusiya təyyarələri tərəfindən edildiyini təxmin edirlər.

Hücum nəticəsində 10 mülki şəxsin öldüyü, çoxsaylı yaralıların olduğu deyilir.

M.Zikra qeyd edib ki, yaralılar arasında Xan Şeyhun bölgəsinə kimyəvi silah hücumundan sonra Hişə sığınmış şəxslərin də olduğunu bildirib.

***

14:02

Suriyada müxalif qrupların olduğu İdlibin Xan Şeyhun bölgəsinə yenidən hava zərbələri endirilib.

Publika.az
xəbər verir ki, hücum bu gün səhər saatlarında baş verib.

Qeyd edək ki, Suriya ordusunun bir neçə gün öncə bu bölgəyə kimyəvi silahla hücumu nəticəsində 100-ə qədər insan həlak olub. Bu hücum beynəlxalq arenada ciddi gərginliyə səbəb olub. ABŞ bu gecə Xan Şeyhun bölgəsinə kimyəvi silahla hücuma cavab olaraq, Suriya ordusunun mövqelərini bombalayıb. Rusiya ABŞ-ın bu addımına sərt reaksiya verib. Hazırda Rusiya və ABŞ arasında qarşıdurma yenidən qızışıb.

İdlibə yeni hücumun kimin tərəfindən olduğu dəqiqləşməyib. Lakin hərbi mütəxəssislər bu hücumu Rusiya təyyarələri tərəfindən edildiyini hesab edirlər. Hücum Moskvanın Vaşinqtona cavabı kimi qiymətləndirilir.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR