“Bəs, biz qardaş idik?!” - İki türk ölkəsi arasında QARŞIDURMA
Bizi izləyin

Dünya

“Bəs, biz qardaş idik?!” - İki türk ölkəsi arasında QARŞIDURMA

Onun fikirləri qəzəblə qarşılanıb.

Qırğızıstan prezidenti Almazbek Atambayevin fikirləri Qazaxıstan mediasında qəzəblə qarşılanıb.

Publika.az
xəbər verir ki, Atambayev Qırğızıstanla Qazaxıstan əhalisinin yaşayış səviyyəsini müqayisə edib.

“Prezidenti Nazarbayevin uzaqgörən siyasəti nəticəsində bu gün Qazaxıstan adambaşına düşən ümumi daxili məhsulun səviyyəsinə görə MDB-də liderdir. Qırğızıstanda isə ümumi daxili məhsul Qazaxıstanla müüqayisədə 9 dəfə azdır. Deməli, qırğızlar qazaxlardan 9 dəfə kasıbdırlar. Əslində isə, Qazaxıstanla Qırğızıstanda sadə insanların yaşayış səviyyəsi eynidir. Bundan başqa, bizim Talas bölgəsinin əhalisi Qazaxıstanın bəzi sakinlərindən, misal üçün, Cambul vilayətinin əhalisindən daha yaxşı yaşayır”, - deyə Atambayev vurğulayıb.

Qazaxıstanın “Abai.kz” portalı Atambayevi təhrikçi fikirlər səsləndirməkdə ittiham edib: “Atambayevin sözləri nə qədər məntiqlidir? Bu, Qırğızıstan prezidentinin Qazaxıstanın bostanına atdığı birinci daş deyil. Xatırlayırsınızsa, daha əvvəl Almazbek Atambayev Avropa telekanallarından birinə müsahibəsində açıqlamışdı ki, 2010-cu ildə Qırğızıstanda qarışıqlıq baş verəndə, Qazaxıstan sərhədləri bağlayaraq, insanların həlak olmasına səbəb oldu”.

Portal Qırğızıstanın bütün yaxşılıqları unutduğunu yazıb.

“Biz həmişə Qırğızıstana maliyyə və digər vasitələrlə kömək etmişik, onları qardaş hesab etmişik. Bumu qırğızların bizə minnətdarlığı?! Biz münaqişə üçün səbəb axtarmırıq. Lakin belə bəyanatlardan sonra fikir yaranır: Atambayev qardaş xalqların arasında mübahisə yaradan təhrikçidir? Başqa cür o belə bəyanatlar səsləndirməzdi. Maraqlıdır, Qırğızıstan prezidentinin bu sözlərinə Qazaxıstanın xarici siyasət idarəsi necə reaksiya verəcək?”, - deyə məqalədə qeyd olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm