ABŞ-Rusiya qarşıdurmasında YENİ DETAL: atılan raketlər və Putinin işləməyən radarı
Bizi izləyin

Dünya

ABŞ-Rusiya qarşıdurmasında YENİ DETAL: atılan raketlər və Putinin işləməyən radarı

Bu sistem istənilən hava hücumunun qarşısını almaq gücündədir.

ABŞ-ın Aralıq dənizindən Suriyada Əsəd rejiminin Şaryat hərbi hava bazasını bombalaması “Rusiya və Suriyaya aid Hava Müdafiə Sistemi hücumun qarşısını niyə almadı” sualını gündəmə gətirdi. Bildiyiniz limi, Rusiya Suriyada Hava Hücumundan Müdafiə Sistemləri quraşdırıb. Bu sistem istənilən hava hücumunun qarşısını almaq gücündədir.

Publika.az
hücumun qarşısının alınmamasına dair bir neçə ehtimalı təqdim edir:

Rusiyaya məlumat verilib: ABŞ-ın Suriyanı vurmasından sonra bəyanat yayan Pentaqon hücumla bağlı Rusiyaya məlumat verdiklərini açıqlayıb. Ehtimal olunur ki, Moskva hücuma şərait yaradıb.

“Dəstəyimiz sərhədsiz deyil”: Əsəd rejiminin İdlibin Xan Şeyhun bölgəsinə kimyəvi silahla hücumdan sonra Kremlin sözçüsü Dmitri Peskov “Rusiyanın Bəşər Əsədə dəstəyi sərhədsiz deyil” açıqlamasını verdi. Ehtimal olunur ki, ABŞ-ın hücumu zamanı Rusiya Hava Hücumundan Müdafiə Sistemlərini bağlayıb.

Radara düşməyən raketlər: başqa bir ehtimala görə, ABŞ-ın hücumda istifadə etdiyi yeni model “Tomahawk” raketini Hava Hücumundan Müdafiə Sisteminin tuta bilməməsidir.

Alçaqdan uçuş: “Tomahawk” raketlərinin alçaqdan uçduğuna görə də radara düşməməsi ehtimalı var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm