“Əks halda, rus əsgərlərinin hamısı ölərdi” - ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Əks halda, rus əsgərlərinin hamısı ölərdi” - ŞOK İDDİA

ABŞ-ın vurduğu bazada zarin qazının saxlanıldığı anbarın olduğu müəyyən edilib.

ABŞ-ın ötən gecə vurduğu Suriyanın Şayrat hərbi hava bazasında zarin qazının saxlanıldığı anbarın olduğu müəyyən edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, anbar ABŞ tərəfindən vurulmayıb.

Əks halda, bazadakı rus və suriyalı hərbçilər arasında böyük qətliam yaşana bilərdi.

Qeyd edək ki, ötən gecə ABŞ Suriya ərazisində yerləşən Şayrat aerodromuna raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.

Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Suriya tərəfinin məlumatına görə, 10 nəfər ölüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm