Stokholmda yük avtomobili DƏHŞƏTİ: Ölənlərin sayı açıqlandı (YENİLƏNİR) - - FOTOLAR/ VİDEO
Bizi izləyin

Dünya

Stokholmda yük avtomobili DƏHŞƏTİ: Ölənlərin sayı açıqlandı (YENİLƏNİR) - - FOTOLAR/ VİDEO

Stokholmun mərkəzində yük avtomobili insanların arasına girib.

İsveç radiostansiyasının hadisə yerində olan müxbirinin sözlərinə görə, Stokholmun mərkəzində yük avtomobilinin insanların üzərinə hərəkət etməsi nəticəsində 5 nəfər həlak olub.

“Reuters”in məlumatında isə bildirilir ki, İsveç polisi hadisə nəticəsində 3 nəfərin həlak olduğunu təsdiqləyib.

İsveç paytaxtında metro bağlanıb.

DPA agentliyinin məlumatına görə, Stokqolmda Hökumət Evi, parlament və Kral sarayı xüsusi qorunur.

***

İsveçin baş naziri Stefan Löven hadisəni terror aktı kimi qiymətləndirib.

“İsveçə hücüm edilib. Hər şey terror aktının törədildiyini göstərir”, - o, jurnalistlərə deyib.

Baş nazir əlavə edib ki, polislər artıq şübhəlini saxlayıblar.Yük avtomobilinin məxsus olduğu “Spendrups” şirkəti avtomobilin qaçırıldığını açıqlayıb.

***

“Mən ən azı üç həlak olanı gördüm, amma onlar daha çox ola bilər. Burada tamamilə xaosdur”, - birbaşa yayımda İsveç radiosunun müxbiri deyib.

İsveçin “Astonbladet” qəzetinin xəbərinə görə, hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Polis insanlardan hadisə yerini tərk etməyi xahiş edir. Hadisə yerində təxminən 10 polis avtomobili və ən azı beş təcili tibbi yardım avtomobili var.

SVT telekanalına istinadən “Reyters” agentliyi bildirib ki, polis hadisəyə terror aktı kimi baxır. Agentliyin məlumatına görə, polis hadisə yerinin yaxınlığında atışma haqqında xəbərlər alıb. Ancaq bu məlumatlar hələ təsdiq edilməyib.

***

İsveçin paytaxtı Stokholmun mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını insanların üstünə sürüb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

İsveç radiosunun məlumatına görə, fövqəladə hadisə şəhərin əsas küçəsi olan Drottninqqatanda baş verib. Şahidin sözlərinə görə, naməlum şəxs yük maşınını böyük sürətlə insanların üstünə sürüb. Maşın mağazalardan birinin vitrinə girəndən sonra dayanıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər həlak olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm