Dünyada ən çox siqaret çəkilən ölkələrin SİYAHISI
Bizi izləyin

Dünya

Dünyada ən çox siqaret çəkilən ölkələrin SİYAHISI

Dünyada siqaret çəkənlərin sayı bir milyarda çatıb.

Dünyada siqaret çəkənlərin sayı bir milyarda çatıb.

Orta hesabla hər 4 kişidən biri və 20 qadından biri nikotin asılılığından əziyyət çəkir.

Siqaret aludəçilərinin böyük bir hissəsi Asiya ölkələrində yaşayır. Çin, Hindistan və İndoneziyada 400 milyona yaxın kişi siqaret çəkir. ABŞ, Çin və Hindistanda 13-17 milyon qadın siqaret aludəçisidir.

Ayrı-ayrı ölkələri götürdükdə, burada Asiya ölkələri ön sıralarda gedir. İndoneziya, Laos və Ermənistanda kişilərin 50 faizə yaxını, Qrenlandiyada qadınların 44 faizi siqaret çəkir.

Tütün alışqanlığından həyatını itirənlər sırasında Çin liderlik edir. Çində siqaretdən hər il 1,8 milyon nəfər həyatını itirir.

Bununla belə, siqaret aludəçiliyinin artmadığı, əksinə azaldığı ölkələr də mövcuddur. Hindistanda 2005-ci ildən başlayaraq hər il siqaret çəkənlərin sayı 3 faiz azalmaqda davam edib. Braziliyada son 27 il ərzində siqaret aludəçilərinin sayı 56-57 faiz azalıb. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm