Kim Çen Inın qətli və... – Trampa təklif olunan SSENARİLƏR
Bizi izləyin

Dünya

Kim Çen Inın qətli və... – Trampa təklif olunan SSENARİLƏR

ABŞ sözügedən ssanarilərdən birinin tətbiqini nəzərdən keçərəcək.

ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda NBC kanalı bildirib.

Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.

Vaşinqtonda ümid edirlər ki, Çin diplomatiya və sanksiyalardan istifadə edərən Pxenyanı nüvə proqramının inkişafından imtina etməyə inandıra biləcək. Amma KXDR nüvə proqramının inkişafında israrını davam etdirərsə, ABŞ sözügedən ssanarilərdən birinin tətbiqini nəzərdən keçərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm