Rusiyada növbəti TERROR: iki polis öldürüldü
Bizi izləyin

Dünya

Rusiyada növbəti TERROR: iki polis öldürüldü

Silahlıların tutulması üçün operativ tədbirlər həyata keçirilir.

Naməlum şəxslər Rusiya Federasiyasının İnquşetiya Respublikasının Malqobek şəhərində polis patrulunu atəşə tutublar.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.

Atəş nəticəsində iki polis əməkdaşı ölüb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Silahlıların tutulması üçün operativ tədbirlər həyata keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm