• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Terror qruplaşması silahı yerə qoyur

  • Dünya
  • 8 Aprel 2017 11:47
  • 680 Baxış
Terror qruplaşması silahı yerə qoyur

Qərbi Avropanın son silahlı separat qruplaşması olan ETA (Euskadi Ta Askatasuna – “Basklar Ölkəsi və Azadlıq”) silahı yerə qoyur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu gün təslim olan qruplaşma vasitəçilərin əlləri ilə silahları Fransa və İspaniya hakimiyyətinə təhvil verəcək.

Qeyd edək ki, ETA Basklar ölkəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan radikal-solçu, milliyyətçi və separatçı təşkilatdır. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaradılıb. 1962-ci ildə təşkil olunan bask solçu-milliyyətçilərinin qurultayında təşkilatlanma prosesini başa çatdıran ETA özünün əsas məqsədi kimi müstəqil Bask dövlətinin yaradılmasını qarşıya qoyub. ETA-nın emblemi baltaya sarılmış ilandır. Bununla Bask xalqının sonsuz azadlıq arzusu ifadə edilir.

Qruplaşma demək olar ki, altı onillik ərzində terror vasitələri ilə öz regionunun müstəqillik bəyannaməsi üçün mübarizə apardı. ETA son terror aktını 2010-cu ildə təşkil etdi. Həmin vaxt polis vurulmuşdu.

1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 829 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. ETA İspaniya, Fransa Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınmışdı.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR