Əvvəl Ərdoğana, indi isə Putinə - Trampın yeni taktikası?
Bizi izləyin

Dünya

Əvvəl Ərdoğana, indi isə Putinə - Trampın yeni taktikası?

ABŞ-ın dövlət katibi Reks Tillerson aprelin 12-də Moskvaya səfər edəcək.

ABŞ-ın dövlət katibi Reks Tillerson aprelin 12-də Moskvaya səfər edəcək. Səfərin ABŞ-ın Suriya aviabazasını raket atəşinə tutmasından bir neçə gün sonra reallaşması diqqət çəkir.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazdığına görə, Vaşinqton Türkiyəyə qarşı tətbiq etdiyi taktikadan Rusiyaya qarşı da istifadə edir.

Saytın yazdığına görə, ABŞ Reks Tillersonun martın 30-da Türkiyə səfəri öncəsi də Ankaraya bəzi mesajlar vermişdi. Səfərdən təxminən bir həftə əvvəl ABŞ İstanbuldakı beynəlxalq aeroportlardan ABŞ-a uçan təyyarələrdə mobil qurğuların daşınmasına qadağa qoyub.

Martın 28-də isə Türkiyənin “Halkbank”ının baş direktorunun müavini Mehmet Hakan Atilla ABŞ-da saxlanılıb. O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda və bankçılıqda fırıldağa yol verməkdə ittiham olundu. Hər iki hadisə Ankara tərəfindən etirazla qarşılandı.

Aprelin 12-də Tillersonun Moskvada Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə əsas mövzu Suriya böhranı olacaq. Səfər öncəsi Rusiyanın müttəfiqi olan Suriya ordusuna aid aviabazanın vurulması isə Moskvaya verilən mesaj kimi qiymətləndirilir.

Qeyd edilir ki, Donald Tramp administrasiyası Rusiyanın Suriyada güclənməsindən narahatdır. Şayrat bazasının vurulması isə Tillersonun Moskvaya səfəri öncəsi tarazlığı dəyişdirmək üçün göstərilən cəhd kimi dəyərləndirilir.

Tillersonun gündəmində olan digər bir məsələ İrandır. İranın böldəgə artan təsiri və Rusiya ilə əlaqələr anti-İran mövqeyini açıq şəkildə ifadə edən Tramp administrasiyasını narahat edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm