“ABŞ Suriya müharibəsinə ona görə qoşuldu ki...” – Senatordan ŞOK İDDİA
Bizi izləyin

Dünya

“ABŞ Suriya müharibəsinə ona görə qoşuldu ki...” – Senatordan ŞOK İDDİA

Amerikalılar Səudiyyə Ərəbistanı və Türkiyəyə görə ölümə qoyunlar kimi getməkdən yorulub

“ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, Amerika ictimaiyyəti Səudiyyə Ərəbistanı və Türkiyə kimi xarici dövlətlər üçün müharibə aparmaqdan yorulub. Bu, hazırda Suriyada baş verir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı senator Riçard Blek deyib.

“Trampın tezliklə anlaması çox əhəmiyyətlidir ki, amerikalılar Səudiyyə Ərəbistanı və Türkiyəyə görə ölümə qoyunlar kimi getməkdən yorulub”, - senator bildirib.

O bildirib ki, ABŞ Suriya münaqişəsinə Səudiyyə Ərəbistanı və Qətərin Suriya vasitəsilə Türkiyəyə çəkmək istədiyi neft-qaz kəmərinə görə qoşulub.

Qeyd edək ki, bu, Suriyadakı müharibənin kökündə məhz neft-qaz kəmərləri və enerji ehtiyatları ilə bağlı maraqların dayandığına dair ilk iddia deyil. Hələ 2013-cü ildə “El Confidencial” nəşrinə danışan Yaxın Şərq Beynəlxalq Karneqi Mərkəzinin təmsilçisi Usama Monahid bildirib ki, Suriya neft-qaz ölkələri arasında əslində, 4-cü yeri tutur. Belə ki, norveçli mütəxəssislər onun ərazisində dünyanın ən böyük qaz yatağını kəşf ediblər. Aralıq dənizinin şərq hövzəsində ən böyük qaz ehtiyatları yerləşir. Bu isə 3 ölkə - İsrail, Livan və Suriya arasında böyük mübahisələrə səbəb olub. Ekspert bütün bunları əsaslandırıb. O, təxmin edir ki, nə qədər ABŞ və Rusiya Suriyadakı enerji resurslarının istismar edilməsi barədə razılığa gəlməyib, həmin ərəb ölkəsində vətəndaş müharibəsi davam edəcək.

Ötən il isə ABŞ-ın öldürülmüş prezidenti Con Kennedinin qardaşı oğlu isə “Politico" nəşrinə müsahibəsində ABŞ-ın Bəşər Əsədlə müharibəsinin əsil səbəblərini açıb.

“Surya prezidenti Əsədin Qətərdən Avropya qaz kəməri çəkilməsindən imtina etməsi onun devrilməsi üzrə ABŞ kampaniyası üçün həlledici əhəmiyyət kəsb etdi. Bizim Bəşər Əsədə qarşı müharibəmiz 2011-ci il “ərəb baharı”nın dinc vətəndaş etirazlarından başlamayıb. O, 2000-ci ildə Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə ərazisindən Avropaya 10 milyard dollar dəyərində qaz kəməri çəkməyi təklif edərkən başlandı”.

Kiçik Kennedinin sözlərinə görə, bu qaz kəməri Fars körfəzinin sünni krallıqlarına dünya qaz bazarlarında həlledici üstünlüyü təmin edəcək və ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi Qətəri gücləndirəcəkdi.

Lakin Suriya prezidenti Rusiyanın maraqlarını müdafiə edərək qaz kəmərinin çəkilməsi haqda müqaviləni imzalamaqdan imtina etdi və İrandan Livana gedən borunun xeyrinə seçim etdi.

Kennedi məxfi hesabatların məlumatlarını göstərərək deyib ki, Əsədin Qətər layihəsindən imtinasından dərhal sonra ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin kəşfiyyat xidmətləri rejimin devrilməsi məqsədilə Suriyada qiyam hazırlamağa və müxalifəti maliyyələşdirməyə başladı.

Həmin sənədlərdə MKİ-nin Barada telekanalına “Əsədin devrilməsi üçün”süjetlərin yaradılmasına 6 milyon dollar köçürdüyü qeyd olunur. Kennedi qeyd edib ki, neft-qaz maraqları hər şeydən üstün olan sünni monaxiyaları 2013-cü ildə ABŞ Suriya liderini devirə biləcəyi təqdirdə, Vaşinqtona bütün xərcləri çəkəcəklərini təklif etdilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm