Meningit epidemiyasından 438 nəfər öldü
Bizi izləyin

Dünya

Meningit epidemiyasından 438 nəfər öldü

Ölkə rəsmiləri xəstəlikdən qorunmanın mümkün olduğunu bildirirlər. 

Nigeriyada meningit epidemiyası 438 nəfərin həyatına son qoyub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika ölkəsinin Xəstəlik Nəzarəti Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son 1 həftə ərzində daha 102 nəfər xəstəlikdən dünyasını dəyişib. Bununla da epidemiya qurbanlarının sayı 438 nəfərə çatıb.

Rəsmi məlumata əsasən ölkədə ümumilikdə 3 min 959 nəfər epidemiyaya yoluxub. Mərkəz vətəndaşlara müraciət edərək epidemiya ilə mübarizə çərçivəsində xəstəxanalara getməyi, tibbi yoxlamadan keçməyi xahiş edib.

Qeyd edək ki, 2015-ci ildə Nigeriyada meningitdən 131 ölüm hadisəsi qeydə alınıb. Lakin 2016-cı ildə bu rəqəm 33-ə düşüb. Ölkə rəsmiləri xəstəlikdən qorunmanın mümkün olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm