Putin göstəriş verdi
Bizi izləyin

Dünya

Putin göstəriş verdi

Qatar qəzasıyla bağlı...

Rusiya prezidenti Vladimir Putin Moskvanın qərbində elektrik qatarının və sərnişin qatarlarının toqquşmasının nəticələrinin aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirlər görülməsini tapşırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hadisə barədə prezidentə dərhal məlumat verilib.

"Moskva meri Sergey Sobyanin, FHN başçısı Vladimir Puçkov və Rusiya Dəmir Yollarının prezidenti Oleq Belozerov qəzanın nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər barədə də dövlətimizin başçısına məlumat veriblər. Putin vəziyyətin aradan qaldırılması üçün bütün zəruri addımları atmağı tapşırıb" - deyə Peskov bildirib.

Qeyd edək ki, hadisə Moskva vaxtı ilə saat 23:00 radələrində baş verib. Moskvadan Brest şəhərində hərəkət edən sərnişin qatarı elektrik qatarı ilə toqquşub. İlkin məlumatlara görə, qatarın maşinisti yolu keçən piyadanı vurmamaq üçün əyləci basıb. Bundan sonra toqquşma baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm