ABŞ və Rusiya nüvə müharibəsinə başlaya bilər - ÜÇ MÜMKÜN SSENARİ
Bizi izləyin

Dünya

ABŞ və Rusiya nüvə müharibəsinə başlaya bilər - ÜÇ MÜMKÜN SSENARİ

Ekspertlər hərbi qarşıdurmanı istisna etmirlər.

ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusuna aid aviabazanı raket atəşinə tutması Dəməşqin ən yaxın himayəçilərindən olan Moskva ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib. ABŞ-Rusiya münasibətlərinin inkişafını dəyərləndirən KİV və ekspertlər hərbi qarşıdurmanı da istisna etmirlər.

Publika.az xəbər verir ki, “Rossiyskaya Gazeta”ya görə, rusiyalı ekspertlər Rusiya-ABŞ münasibətlərində aşağıdakı mümkün ssenarilərinin olduğunu bildirirlər.

1. Rusiya-ABŞ hərbi qarşıdurması

Bəzi analitiklər hesab edir ki, Rusiya ABŞ-ın aviazərbələrindən sonra bölgədə hərbi gücünü artıraraq Vaşinqtona gözdağı verə bilər. Birinci ssenariyə görə, ABŞ hücumları davam etdirərsə, Rusiya Suriyada yerləşdirdiyi hava hücumundan müdafiə sistemləri ilə ABŞ-ın atdığı raketlər zərərsizləşdirilə bilər. Rusiyalı analitik Aleksey Fenenko hesab edir ki, ABŞ hücumları davam etdirərsə, Rusiyanın adekvat cavab verməsi istisna edilmir. O hətta nüvə silahından istifadənin də daxil olduğu bir ssenarini istisna etmir.

2. Uçurumun kənarına səfər

Bir başqa analitik Dmitri Suslov qeyd edir ki, Trampın zəif görünməməsi üçün göstərdiyi güc nümayişi Moskva-Vaşinqton əlaqələrini uçurumun kənarına qədər gətirib çıxara bilər. O, 1962-ci ildə baş verən Karib (SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan gərginlik –red.) böhranını xatırladır.

3. Diplomatik həll

Bu, Rusiyada danışılan ən optimist ssenaridir. Rus analitiklərə görə, ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskva səfəri ilə (Reks Tillersonun aprelin 12-də Moskvaya səfəri nəzərdə tutulub –red.) çətin bir bazarlıq dövrü başlaya bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm