ABŞ-ın Suriyaya yeni hücum ANONSU
Bizi izləyin

Dünya

ABŞ-ın Suriyaya yeni hücum ANONSU

Nazir vurğulayıb ki, ABŞ Suriyada öz hərəkətləri ilə Qərbin aydın siqnalını çatdırıb.

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Vaşinqtonun Suriyaya yeni raket zərbələri vura biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, nazir bu haqda Britaniyanın “Tabloid Sun” nəşrinə müsahibəsində deyib.

Nazir vurğulayıb ki, ABŞ Suriyada öz hərəkətləri ilə Qərbin aydın siqnalını çatdırıb.

“Onlar bunu yenidən edə bilərlər. Şübhə yoxdur ki, ABŞ-ın hərəkətləri əslində Suriyada vəziyyəti dəyişdirir”, - Conson qeyd edib.

Daha əvvəl isə ABŞ prezidentinin müşaviri general Gerbert Makmaster Amerikanın Suriya hökumət qüvvələrinin bazalarına endirilən raket zərbələrini artıra biləcəyini söyləyib.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm