• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

ABŞ-a kiberhücumlarda şübhəli bilinən Rusiya proqramçısı həbs edildi

ABŞ-a kiberhücumlarda şübhəli bilinən Rusiya proqramçısı həbs edildi

İspaniya hakimiyyəti ABŞ-da prezident seçkilərində kiberhücumlarda iştirakda şübhəli bilinən Rusiya vətəndaşı Pyotr Levaşovu həb edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “El Mundo” nəşri yazıb.

Levaşov Barselonada ötən həftənin cümə günü saxlanılıb. İspan məhkəməsi onun ekstradisiyası haqqında ABŞ-dan daxil olmuş sorğuya baxacaq. ABŞ Rusiya vətəndaşının kiberhücumlarda iştirakı sübut edən sənədləri 40 gün ərzində İspaniyaya təqdim etməlidir.

İspaniya polisinin məlumatına görə, Sankt-Peterburqdan olan proqramçı beynəlxalq sorğu üzrə saxlanılıb. Xanım Levaşova isə onun ABŞ-ın sorğusu əsasında saxlanıldığını deyib. Proqramçı ailəsi ilə Barselonada dincəlirdi.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR