Əsəd hökuməti açıq şəkildə Rusiyaya yalvarmağa başladı
Bizi izləyin

Dünya

Əsəd hökuməti açıq şəkildə Rusiyaya yalvarmağa başladı

"Rusiyanın köməyi ilə ABŞ-ın yeni hərbi hücumlarından qorunacağıq”.

“ABŞ Suriyaya qarşı yeni hərbi hücumlar planlaşdırır. İnanıram ki, biz Rusiyanın köməyi ilə ABŞ-ın yeni hərbi hücumlarından qorunacağıq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Suriyanın xarici işlər nazirinin müavini Faysal Mikdad bildirib.

Nazir müavini deyib ki, Suriya bu məsələdə Rusiyanın dəstəyinə arxalanır:

“Rusiyadan olan dostlarımızın sayəsində Suriya ABŞ-ın raket hücumlarından müdafiə oluna bilər. İnanıram ki, Rusiya bu dəstəyi bizə əsirgəməyəcək. Suriyanın müttəfiqləri ABŞ-ın hərbi hücum və təhdidlərinə cavab vermək gücünə sahibdir. Eyni zamanda Suriyanın ərazi bütövlüyünün qorunması bizim daxili işimizdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm