Çindən XƏBƏRDARLIQ: “Trampın gözünün yaşına baxmarıq”
Bizi izləyin

Dünya

Çindən XƏBƏRDARLIQ: “Trampın gözünün yaşına baxmarıq”

"Çin hökuməti Donald Trampa qarşı amansız siyasət yürütməlidir".

Çinin “Tək Çin” siyasəti yürüdən nüfuzlu “China Daily” rəsmi qəzeti ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən qəzetdə Trampın ünvanına sərt fikirlər əks olunan məqalə dərc olunub.

“Donald Tramp axmaq kimi danışır” adlanan məqalədə qeyd olunur ki, Çin hökuməti Donald Trampa qarşı amansız siyasət yürütməlidir:

“Donald Tramp Tayvan üzərindən Çini təhdid edən siyasət yürütməyə başlayıb. Əgər bu cür davam edərsə, o zaman Çinin Trampa qarşı amansız olmaqdan savayı çarəsi yoxdur. Trampın gözünün yaşına baxmarıq. ABŞ-ın Çinə qarşı bu oyununda Tayvan da qurban gedər”.

Xatırladaq ki, Donald Tramp bu il yanvarın 20-də “Wall Street Journal” jurnalına müsahibəsində Çinin “Tək Çin” siyasətini dəyişdirəcəyini söyləməsi rəsmi Pekinin ciddi etirazına səbəb olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm