“Suriyaya hücum təkrarlanarsa...” - İrandan ABŞ-a TƏHDİD
Bizi izləyin

Dünya

“Suriyaya hücum təkrarlanarsa...” - İrandan ABŞ-a TƏHDİD

“ABŞ-ın Suriyaya raket zərbələri endirməsi səhv idi".

“ABŞ-ın Suriyaya raket zərbələri endirməsi səhv idi. Bu ilk dəfə baş verdi. Təkrarı çox təhlükəli nəticələrə yol aça bilər”.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani paytaxt Tehranda Prezident Sarayında təşkil etdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı eyni zamanda Bəşər Əsəd rejiminə islahatların həyata keçirilməsi barədə çağırış edib.

“Qərb terrorçulara dəstək verməkdən imtina etməlidir. Əlbəttə, Suriya dövlətində də islahatlar aparılmalıdır”, - o vurğulayıb.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm