21 yaşlı qızın meyitini meşədə gizlədən qatil tutuldu
Bizi izləyin

Dünya

21 yaşlı qızın meyitini meşədə gizlədən qatil tutuldu

Qətlin izini itirmək məqsədi ilə cəsədi meşə zolağında çalada gizlədib.

Moskva polisi 21 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Publika.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəisinin köməkçisi Yuliya İvanova qətldə təqsirləndirilən 24 yaşlı Raqif Qənbərov barəsində Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlandığını bildirib.

İstintaqın versiyasına görə, bu il aprelin 5-də Raqif Qənbərov və tanışı olan qız arasında Nijni Mnevniki küçəsində avtomobildə mübahisə yaranıb.

R. Qənbərov qızı əlləri ilə boğmağa başlayıb. Qız huşunu itirəndən sonra R. Qənbərov kəməri onun boğazına dolayıb və qızı boğaraq öldürüb. Qətlin izini itirmək məqsədi ilə cəsədi Nijnie Mnevniki küçəsi yaxınlığındakı meşə zolağında çalada gizlədib.

R. Qənbərov istintaqa ilkin ifadəsində qətli törətdiyini etiraf edib. Hazırda onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Faktla bağlı araşdırma aparılır.

Hadisəni törədən şəxsin milliyyəti açıqlanmasa da, ad və soyadından onun azərbaycanlı olduğu güman edilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm