• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

Böyük Britaniyadan Çinə 17 günlük dəmiryol ticarəti başlayıb

  • Dünya
  • 11 Aprel 2017 04:11
  • 551 Baxış
Böyük Britaniyadan Çinə 17 günlük dəmiryol ticarəti başlayıb

Bu gün Böyük Britaniya və Çin arasında yük daşıyan ilk qatar yola çıxıb.

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Essex şəhərindən yola düşən 30 vaqondan ibarət ilk yük qatarı 17 gün ərzində təxminən 12 min kilometr məsafə qət edərək Çinin şərqindəki Zhejiang əyalətinə çatacaq.

Böyük Britaniyanın ixrac mallarını Çin bazarına çatdıracaq yük qatarı Fransa, Belçika, Almaniya, Polşa, Belarus, Rusiya və Qazaxıstandan keçdikdən sonra aprelin 27-də təyinat məntəqəsinə çatmalıdır.

“DP World” beynəlxalq yükdaşıma şirkətinin yüksək vəzifəli nümayəndəsi Sultan Əhməd Bin Sulayem məsələ ilə bağlı şərh verərkən, dəmir yolu vasitəsilə ticarətin dəniz yolu ilə yükdaşımasından daha sürətli, təyyarə ilə yükdaşımasından isə daha ucuz başa gəldiyini qeyd edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR