Yeni yaranan ölkədə ordu və müxalif qüvvələr ÜZ-ÜZƏ - 16 ölü, 10 yaralı
Bizi izləyin

Dünya

Yeni yaranan ölkədə ordu və müxalif qüvvələr ÜZ-ÜZƏ - 16 ölü, 10 yaralı

Toqquşmalarda 15 nəfər ölüb, 10 nəfər yaralanıb.

Cənubi Sudanın ikinci ən böyük şəhəri olan Vauda hökumət qoşunları və üsyançılar arasında toqquşmalar baş verib.

Publika.az xəbər verir ki, bu haqda BMT-nin Cənubi Sudandakı missiyasının (UNMISS) bəyanatına istinadən “Röyters” agentliyi bildirib.

Toqquşmalar nəticəsində 16 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılan Cənubi Sudanda 2013-cü ildən vətəndaş müharibəsi yaşanır. Ötən müddət ərzində iki milyon insan qaçqın vəziyyətinə düşüb. 2015-ci ilin avqustunda tərəflər sülh razılaşmasını imzalamağı bacarıblar. Amma az müddət sonra toqquşmalar yenidən başlanıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm