Reyqan dövrü qayıdır - Rusiyaya XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Reyqan dövrü qayıdır - Rusiyaya XƏBƏRDARLIQ

Rusiya ən güclü “kozır”larını çoxdan istifadə edib.

“ABŞ-ın yeni administrasiyasının Rusiya ilə bağlı siyasəti Ronald Reyqanı xatırladacaq: hərbi təhlükə və qızğın silahlanmanın yenidən aktuallaşması”.

Publika.az xəbər verir ki, bu fikri Rusiya publisisti, blogger və analitiki Vladimir Qolışev Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Respublikaçılar Partiyası ABŞ-ın siyasətini sərtləşdirmək niyyətindədir. Analitik qeyd edir ki, Rusiyanın SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) maliyyə sistemindən kənarlaşdırılması (Qərbdə bunun Rusiya üçün ən böyük zərbə olacağını bildirirlər - red.), Ukraynaya hücum silahlarının çatdırılması və NATO qoşunlarının Ukraynada yerləşdirilməsi tamamilə realdır.

Publisistin fikrincə, Rusiya ən güclü “kozır”larını çoxdan istifadə edib. Rusiyanın ən ciddi “kozır”ı olan nüvə silahına gəlincə, Qolışevin sözlərinə görə, Pentaqon bu təhlükəni real hesab etmir və ona ciddi baxmır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm