"Boko Haram"ın 57 silahlısı məhv edildi
Bizi izləyin

Dünya

"Boko Haram"ın 57 silahlısı məhv edildi

Onların hücumları nəticəsində 2,6 milyondan çox insan qaçqın düşüb.

Nigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib.

Publika.az xəbər verir ki, silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.

Qeyd edək ki, "Boko Haram" silahlıları 2009-cu ildən Çad gölü hövzəsindəki ölkələrdə 20 mindən çox insanı qətlə yetirib. Onların hücumları nəticəsində 2,6 milyondan çox insan qaçqın düşüb.

Hüquq-müdafiəçilərinin sözlərinə görə, ekstremistlər on minlərlə insanı, o cümlədən 10 min gənci və minlərlə qadını oğurlayıblar. Silahlılar bunun üçün girovlardan terrorçu-kamikadze kimi istifadə ediblər. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm