Rusiya dünyanı lərzəyə gətirən yeni nəsil döyüş təyyarəsini nümayiş etdirdi - – FOTOLAR
Bizi izləyin

Dünya

Rusiya dünyanı lərzəyə gətirən yeni nəsil döyüş təyyarəsini nümayiş etdirdi - – FOTOLAR

Bu döyüş təyyarəsinin dünyada analoqu yoxdur.

Ağ Evlə Kreml arasında “soyuq müharibənin” kəskinləşdiyi dövrdə Rusiya Hərbi Hava Qüvvələri “T-50” (PAK FA) model 5-ci nəsil yeni döyüş təyyarəsini sınaqdan keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sınaqların uğurlu olduğunu bəyan edib.

Rusiyanın Hərbi Hava və Peyk Komandanı, general Viktor Bondarev bildirib ki, “T-50” döyüş təyyarəsi 2017-ci ilin sonuna kimi hərbi arsenala veriləcək.

Onun sözlərinə görə, hazırda sözügedən təyyarənin sınaq uçuşları həyata keçirilir: “Yeni nəsil döyüş təyyarəsinin digər qırıcılardan fərqli özəlliyi var. Hətta, deyərdim ki, bu döyüş təyyarəsinin dünyada analoqu yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm