Təyyarədə İNANILMAZ DƏHŞƏT: həkimi al-qana boyadılar
Bizi izləyin

Dünya

Təyyarədə İNANILMAZ DƏHŞƏT: həkimi al-qana boyadılar

Şirkət rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.

ABŞ-ın mərkəzi hava yolu şirkəti "United Airways"in Çikaqo şəhərindən Louisvillee gedən təyyarəsində dəhşətli hadisə baş verib.

Şirkət öz əməkdaşlarına təyyarədə əlavə yerlər rezervasiya etdirib. Öz əməkdaşlarının təyyarəyə minməsini istəyən şirkət, təsadüfi 4 sərnişindən enmələrini tələb edib.

Publika.az xəbər verir ki, hadisə təyyarədəki sərnişinlər tərəfindən lentə alınıb. Sərnişinlərin iddiasına görə şirkət səlahiyyətliləri, bu 4 adama 800 dollar təzminat ödənəcəyini deyib. Ancaq heç kim təyyarədən enmək istəməyib.

Buna görə təsadüfi 4 nəfər seçilib və enmələri tələb olunub. Şirkətin təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edib.

Həkim olduğunu və Lousvillede xəstələrinin gözlədiyini deyən asiyalı sərnişinin etirazlarını nəzərə almayan polis əməkdaşları onu döyüblər. Zorla yerindən qaldırılan adamın sifətini oturacağa çırpıblar. Huşunu itirən sərnişin təhlükəsizlik əməkdaşlarının köməyilə təyyarədən endirilib.

Şirkət rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm