"Yük maşınını inancsızların üzərinə sürdüm" - Stokholmu qana bulayan özbək
Bizi izləyin

Dünya

"Yük maşınını inancsızların üzərinə sürdüm" - Stokholmu qana bulayan özbək

Rəsmi qurumlar insidenti terror aktı adlandırıb.

İsveçin paytaxtı Stokholmu qana bulayan şübhəli, hadisənin terror aktı olduğunu etiraf edib.

Yerli mətbuat terrorçunun "Yük maşınını inancsızların üzərinə sürdüm" sözlərini yayımlamışdı.

Publika.az xəbər verir ki, o, ifadəsində hadisənin təsadüf deyil, terror olduğunu etiraf edib. 39 yaşlı Özbəkistan vətəndaşı hücum əmrini İŞİD-dən aldığını deyib. Hadisəni Suriyada baş verənlərə etiraz olaraq törətdiyini deyib.

Xatırladaq ki, aprelin 7-də Stokholmda sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Rəsmi qurumlar insidenti terror aktı adlandırıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Özbəkistan əsilli 39 yaşlı şəxs olduğu bildirilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm