Lukaşenko: “ABŞ iştahını məhdudlaşdırmalıdır”
Bizi izləyin

Dünya

Lukaşenko: “ABŞ iştahını məhdudlaşdırmalıdır”

“Başqa dövlətlərə təcavüzkar xarici siyasətin hesabına daxili məsələləri həll etmə qərar vermək yolverilməzdir”.

“Başqa dövlətlərə təcavüzkar xarici siyasətin hesabına daxili məsələləri həll etmə qərar vermək yolverilməzdir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Suriya hərbi hava bazasına ABŞ-ın raket zərbələrini şərh edən Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Bu gün Amerika təkbaşına və hətta özünün ən yaxın NATO müttəfiqləri ilə bütün dünyanı alt-üst edə, yaxud da idarə edə bilməyəcək. İştahanı məhdudlaşdırmaq lazımdır”, - mətbuat xidməti Lukaşenkodan sitat gətirib.

Mətbuat xidmətinin məlumatına görə, Belarus lideri Donald Trampın xalq tərəfindən seçilməsinə baxmayaraq, siyasi elitanın ona qarşı durmağa çalışmasına diqqət çəkib:

“Bu şəraitdə Amerika lideri seçkiqabağı kampaniyası zamanı vətəndaşlara verdiyi vədləri icra etməyə çalışır, amma bu təşəbbüslərin reallaşdırması hər cür dayandırılır. O, ölkəni idarə edə biləcəyini sübut etməlidir. Amma ona mane olurlar”.

Lukaşenko qeyd edib ki, Suriyaya raket zərbələri vurmazdan əvvəl vəziyyəti ətraflı anlamaq lazım idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm