Yəməndə 15 nəfər toqquşmaların qurbanı oldu
Bizi izləyin

Dünya

Yəməndə 15 nəfər toqquşmaların qurbanı oldu

Hökumət qoşunları ilə "Ənsər Alla" arasında qarşıdurma yaşanıb.

Yəmənin cənub-şərqindəki Şabva əyalətində hökumət qoşunları ilə "Ənsər Alla" (Husilər) hərəkatının üsyançıları arasında qarşıdurma yaşanıb.

Publika.az xəbər verir ki, münaqişəyə üsyançıların prezident Mənsur Xadinin nəzarət editiyi ərazilərə soxularaq şəhərin bir sıra mövqelərində nəzarəti ələ almaları səbəb olub.

Bir neçə saat davam edən toqquşmada hər iki tərəf fasiləsiz artilleriyadan atəş açıb. Nəticədə 15 nəfər həlak olub.

Yəməndə 2014-ci ildən bəri silahlı münaqişələr davam edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm