19 məmur saxlanıldı - Rüşvətə görə
Bizi izləyin

Dünya

19 məmur saxlanıldı - Rüşvətə görə

Yoxlamalar korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilib.

Moldovada hökumət və dövlət orqanlarında aparılan yoxlamalar zamanı 19 məmur saxlanılıb.

Publika.az xəbər verir ki, yoxlamalar korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilib.

Məlumatda qeyd olunur ki, saxlananlar arasında 3 mer, 1 nəfər meriyanın mühasibi, bundan başqa lisey, gimnaziya direktorları, eləcə də şirkət rəhbər və əməkdaşları var.

Saxlanan məmurlar rüşvət almaqda və tenderlərin keçirilməsi zamanı qanun pozuntularında şübhəli bilinirlər.

Axtarışların davam etdirildiyi barədə məlumat verilib. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm