200 min uşaq canlı qalxana çevrilib - BMT
Bizi izləyin

Dünya

200 min uşaq canlı qalxana çevrilib - BMT

Canlı qalxan kimi uşaqlardan istifadə edirlər.

İŞİD terror qruplaşması qərbi Mosulda döyüş əməliyyatlarında canlı qalxan kimi uşaqlardan istifadə edirlər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin Uşaq Fondunun (UNİCEF) Mosulda fövqəladə vəziyyətləri üzrə əsas koordinatoru Bastian Vino jurnalistlərə bildirib.

“Bizdə uşaqlardan canlı qalxan kimi istifadə edilməsi haqqında məlumatlar var. Bu sxem şərqi Mosulda istifadə olunurdu və indi qərbi Mosulda təkrarlanır”, - o deyib.

Vinonun sözlərinə görə, UNİCEF köhnə şəhərdə qalan 220 minə qədər uşağın taleyindən son dərəcə narahatdır. BMT nümayəndəsi qeyd edib ki, koalisiya qoşunları tərəfindən mühasirəyə alınan ərazidə uşaqların həyatı təhlükədədir.

O, əlavə edib ki, UNİCEF Mosulda məktəblərin İŞİD tərəfindən bazalar kimi istifadə olunması barədə məlumatlara sahibdir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm