Türkiyədə fabrikdə partlayış – “Qırmızı həyəcan” verildi - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə fabrikdə partlayış – “Qırmızı həyəcan” verildi - VİDEO

Hadisə nəticəsində 29 nəfər tüstüdən zəhərlənib.

Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy mahalında bir tikiş fabrikində partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfər tüstüdən zəhərlənib.

Hadisə yerinə xilasetmə, polis və təcili tibbi yardım qrupları göndərilib. Partlayışdan sonra havaya zəhərli qazın yayılması ilə əlaqədar Çerkezköy sənaye bölgəsində “qırmızı həyəcan” verilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm