Dünya
4 aylıq arvadını "çay evi"ndə başqa kişiylə tutdu
Türkiyədə, Kocaelinin İzmit mahalında 4 aylıq arvadını başqa bir adamla "çay evi"ndə tutan ər Serkan S. və qayınata polisə şikayət edib.
Gələnlərin polis olduğuna inanmayaraq müqavimət göstərməyə çalışan Tuğba S. adlı 4 ayın gəlini saxlanılıb.
İddiaya görə, cütlük yola getmədikləri üçün boşanmaq qərarı alıb. Cütlüyün boşanma iddiası davam edərkən, Tuğba S. başqa bir kişi ilə tanış olub. Cütlük ötən gün bir çay evində görüşüb. Ortaq bir tanışları gəlini çay evində gördükdən sonra qayınatası Kenan S.-ə zəng edərək, oğlunun evli olduğu qadının başqa bir kişilə həmin məkanda görüşdüyünü deyib. Bundan sonra Kenan S. və oğlu Serkan S. həmin məkana gələrək cütlüyü tutublar.
"Oğlunun həyat yoldaşı başqa bir kişiylə gəzir" məlumatından sonra oğluyla birlikdə hadisə yerinə getdiklərini bildirən ata Kenan S "Bizə bir xəbər gəldi. Boşanma ərəfəsində olan oğlumun yoldaşının başqa bir kişilə gəzdiyini söylədilər. Hadisə yerinə getdik, onları birgə tutduq".
Tuğba S. ilə birgə tutulan gənc onun ailəli olduğundan xəbərsiz olduğunu deyib. (milli.az)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!