Hacıyevin Türkiyəni qana boyamaq PLANI
Bizi izləyin

Dünya

Hacıyevin Türkiyəni qana boyamaq PLANI

Suriyadan Türkiyəyə keçmək istəyən Hacıyev həbs olunub.

Türkiyədə terror aktı törətməyi planlaşdıran Rusiya vətəndaşı Camaləli Hacıyev həbs olunub.

Publika.az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, C.Hacıyev Suriyadan Türkiyəyə keçmək istəyərkən saxlanılıb.

Agentlik mənbələrə istinadən bildirir ki, 29 yaşlı Hacıyev Suriya ilə sərhəddə tikilmiş beton divarın altından lağım açaraq, Türkiyəyə keçmək istəyib.

Hüquq-mühafizə orqanlarının həbs etdiyi terrorçunun üzərindən 15 kiloqram partlayıcı maddə tapılıb.

Dindirmə zamanı məlum olub ki, Hacıyev iki il əvvəl İŞİD terror qruplaşmasına qoşulub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm