1 ton partlayıcı, 172 şübhəli... - Daxili işlər naziri açıqladı
Bizi izləyin

Dünya

1 ton partlayıcı, 172 şübhəli... - Daxili işlər naziri açıqladı

PKK məsuliyyəti üzərinə götürüb.

PKK terror qruplaşması Türkiyənin Diyarbəkr vilayətinin Bağlar mahalında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Qeyd edək ki, partlayış Diyarbəkr vilayətinin Təhlükəsizlik Şöbəsinin Bağlardakı əlavə binasının təmir sexində törədilib. Hadisə nəticəsində 3 nəfər şəhid olub.

Daxili işlər naziri Süleyman Soylu terror aktı üçün 1 ton partlayıcıdan istifadə olunduğunu açıqlayıb. Terrorçular təmir sexinə doğru 30 metr uzunluğunda tunel qazıblar.

Nazir hadisə ilə əlaqədar 172 şübhəlinin saxlanıldığını bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm