Lukaşenko Kreml qarşısında geri çəkildi - VİDEO
Bizi izləyin

Dünya

Lukaşenko Kreml qarşısında geri çəkildi - VİDEO

Lukaşenko Avrasiya İqtisadi İttifaqının Gömrük Kodeksini imzalayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Gömrük Kodeksini imzalayıb.

Publika.az Belarus BELTA rəsmi informasiya agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə başçısının mətbuat katibi Natalya Eysmont bildirib.

“Təsdiq edə bilərəm ki, dövlət başçısı Gömrük Kodeksi də daxil olmaqla, sənədlər paketini imzalayıb”, - mətbuat katibi deyib.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının dövlət başçıları səviyyəsində Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib. Gömrük Kodeksinin təsdiq edildiyi iclasda Aleksandr Lukaşenko iştirak etmirdi.

Həmin iclasda yalnız Rusiya, Ermənistan və Qazaxıstan kodeksi imzalamışdı. Qırğızıstan onun imzalamaqdan imtina edib. Qırğızıstan prezidenti Almazbek Atambayev bildirdi ki, ittifaq ölkələrinin əməkdaşlığında neqativ məqamlar çoxdur və bu, onun ölkəsinin inteqrasiyasına mənfi təsir edir.

Gömrük Kodeksinin Avrasiya İqtisadi İttifaqı ərazisində 2017-ci ilin 1 iyul tarixindən tətbiq olunacağı gözlənilir. Bu kodeksin tətbiqindən bir il sonra – 2018-ci ildən etibarən, ittifaq ölkələrinə xarici malların internet üzərindən sifariş edilərək, vergisiz daxil olmasında azalmalar olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm