Tramp Bəşər Əsədi heyvan adlandırdı
Bizi izləyin

Dünya

Tramp Bəşər Əsədi heyvan adlandırdı

"Rusiya o heyvana (Bəşər Əsədə) dəstək verməsəydi, problemlər bu qədər dərinləşməzdi".

Bəşər Əsədi heyvan adlandıran Tramp, digər tərəfdən də Rusiyanı Suriya problemlərində ittiham elədi.

Publika.az xəbər verir ki, Rusiyanın Suriya hökumətinə verdiyi dəstəkdən narahat olan Tramp Suriyaya hücumundan peşman olmadığını bildirib.

Tramp "Fox Business"ə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədi dəstəkləməsini pisləyib:

"Putin Bəşər Əsədi dəstəkləyir, hansı ki, bu insan həqiqətən də pis insandır. Mən düşünürəm ki, bu Rusiya üçün çox pisdir. Mən düşünürəm ki, bu bəşəriyyət üçün çox pisdir. Bu bizim dünyamız üçün çox pisdir".

ABŞ-ın lideri Suriyadakı vəziyyətin günahını Rusiyada görür:

"Rusiya o heyvana (Bəşər Əsədə) dəstək verməsəydi, problemlər bu qədər dərinləşməzdi".

Trampın sözlərinə görə, Suriyada "Şayrat" aviabazasına Pentaqon tərəfindən endirilmiş raket zərbələri daha əvvəl, 44-cü prezident Barak Obamanın vaxtında gerçəkləşməli idi:

"Amma çox sayda insanın olduğu yerə kimyəvi bombaların atılması... səmimi danışsaq, ordakı əlsiz, ayaqsız uşaq cəsədlərini görəndə bu vəhşiliyin insan tərəfindən edildiyini düşünmək olmur. Bunu yalnız heyvanlar edər".

Daha əvvəl Rusiya Federasiyasının mətbuat katibi Dmitri Peskov Əsədin gedişi haqqında "mantr deklamasiyası"nın Suriya münaqişəsinin siyasi həllinə aydiyyatı olmadığını bildirmişdi. Onun həlli üçün Cenevrə sülh prosesi başladılıb. Peskov vurğuladı ki, Suriya probleminin həlledici qərarları məhz bu proseslər çərçivəsində aparılmalıdır. Başqa alternativlərə ehtiyac yoxdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm