“Ruhani sui-qəsdə qurban gedə bilər” - İsrailli nazirdən ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Ruhani sui-qəsdə qurban gedə bilər” - İsrailli nazirdən ŞOK İDDİA

"Bunun qəti olaraq bir daxili sui-qəsd olduğunu söyləyə bilərik".

İran prezidenti Həsən Ruhaniyə qarşı sui-qəsd təşkil edilə bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə “Bizim ev – İsrail” partiyasının lideri, İsrailin müdafiə naziri Aviqdor Liberman çıxış edib.

Müdafiə naziri Qəzzada HƏMAS-ın liderlərindən biri olan Mazen Faqhanın ölümü (naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Faqhanı martın 24-də qətlə yetiriblər - red.) ilə bağlı İsrailə qarşı səslənən ittihamlara reaksiya verib.

“Bunun qəti olaraq bir daxili sui-qəsd olduğunu söyləyə bilərik (HƏMAS İsraili ona qarşı sui-qəsddə ittiham edib – red.). Mayın 19-da İranda keçiriləcək prezident seçkilərindən əvvəl bəziləri İran prezidenti Ruhaniyə qarşı sui-qəsd təşkil edərlərsə, bu, mənim üçün sürpriz olmayacaq”, - Liberman bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm